Gəncə Futbol Federasiyası təsis olundu
09.01.2009 - 12:48
Bu gün Gəncə Futbol Federasiyası (GFF) təsis olunub. AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən apasport.az saytına verilən məlumata görə, qurumun təsis edilməsində əsas məqsəd Gəncədə və ətraf ərazilərdə futbolun daha sürətlə inkişaf etdirilməsidir.
GFF-yə Gəncə şəhəri ilə yanaşı, Şəmkir, Daşkəsən, Goranboy, Göy-göl, Samux və Gədəbəy rayonları daxildir. Qurumun rəhbəri vəzifəsinə Gəncə Avtomobil Zavodunun direktoru Xanlar Fətiyev seçilib.
GFF-yə Gəncə şəhəri ilə yanaşı, Şəmkir, Daşkəsən, Goranboy, Göy-göl, Samux və Gədəbəy rayonları daxildir. Qurumun rəhbəri vəzifəsinə Gəncə Avtomobil Zavodunun direktoru Xanlar Fətiyev seçilib.
0
0