Azərbaycan futbol yığması “Çaykur Rizəspor”la görüşəcək  
                    
                    09.01.2009 - 13:01
                        
                        Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışı keçən Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət milli komandasının (U-21) rəqibi dəyişib. Apasport.az-ın AFFA-nın rəsmi İnternet saytına istinadən məlumatına görə, buna səbəb yığmamızın daha güclü komanda ilə qüvvəsini sınamaq istəyidir.
Bu gün Şotlandiyanın “Dandi Yunayted” klubunun əvəzedici heyəti ilə yoxlama oyunu keçirməli olan U-21-in məşqçilər korpusu rəqibin zəifliyini nəzərə alaraq, rəqibi dəyişməyə qərar verib. Nəticədə gənc futbolçularımız bu gün Türkiyənin “Çaykur Rizəspor” klubu ilə görüşməyə razılaşıblar. Türkiyə çempionatının birinci divizionunda 5-ci yeri tutan “Çaykur Rizəspor”la yoxlama oyunu Bakı vaxtı ilə 20:15-də başlanacaq.
Qeyd edək ki, almaniyalı Bernard Lippertin çalışdırdığı U-21 iki gün öncə Antalyada Şotlandiyanın “Kilmarnok” klubunun ikinci komandasına 4:0 hesabı ilə qalib gəlib.

                                0
                                
                                0