Özbəkistan milli komandası “Paxtakor”a mane olur
09.01.2009 - 13:09
Özbəkistan milli komandası “Paxtakor”a mane olur
Bakının “İnter” klubunun “MDB və Baltikyanı ölkələrinin çempionlarının Birlik kuboku” turnirində potensial rəqibi olan “Paxtakor” ciddi problemlə üzləşib. Apasport.az saytının məlumatına görə, son ik ildə bu turnirin finalına yüksəlmiş Özbəkistan təmsilçisi heyətlə bağlı çətin vəziyyətə düşüb.

Belə ki, “Birlik kuboku”nun favoriti sayılan “Paxtakor” turnirə əsas komanda ilə yollanıb, mükafatı ikinci dəfə qazanmaq əzmindədir. Lakin Özbəkistan yığmasının Birləşmiş Ərəb Əmirliklərində keçirəcəyi təlim-məşq toplanışı Daşkənd klubunun planlarına mane olub.

Fevralın 1-də Azərbaycan milli komandası ilə görüşəcək özbəklərin baş məşqçisi Mircəlal Qasımov heyətə “Paktakor”un 11 oyunçusunu çağırıb. Yığmanın Dubay toplanışı isə yanvarın 21-də, “Birlik kuboku”nda 1/4 final matçlarının keçiriləcəyi gün başlayır.
0