“Trabzonspor” klubunun rəhbərliyi “Beşiktaş”ı suçladı
09.01.2009 - 14:05
“Trabzonspor” klubunun rəhbərliyi “Beşiktaş”ı suçladı
Türkiyə milli komandasının sabiq futbolçusu Yusuf Şimşəkin “Trabzonspor” klubuna keçidi baş tutmayıb. Apasport.az saytının məlumatına görə, 34 yaşlı yarımmüdafiəçi fikrindən daşınıb və “Beşiktaş”a keçib.

Yusuf Şimşəkdən əli üzülən “Trabzonspor” rəhbərliyi isə bərk qəzəblənib. Klub rəsmiləri bəyanat verərək, futbolçunu o ki var tənqid ediblər: “Yusufun keçidi ilə bağlı onun çıxış etdiyi “Bursapor” klubu ilə danışıqlarımız olmuşdu. Ancaq son anda Şimşəyə elçi düşən “Beşiktaş” ona sahib çıxdı. “Beşiktaş”ın centlmenliyə yaraşmayan hərəkəti və futbolçunun verdiyi razılığa əməl etməməsi üçün transferdən vaz keçdik”.

Şimşək “Beşiktaş”la 1,5 illik müqavilə bağlayıb. Bununla bağlı futbol belə deyib: “Bu transferin mənim sayəmdə gerçəkləşdiyini deyə bilərəm. İki klub - “Bursaspor” və “Beşiktaş” anlaşıb və mən də buna razılığımı verirəm. Böyük ehtimalla, bu gün İstanbula yollanacağam və “Beşiktaş” rəhbərliyi ilə görüşəcəyəm”.
0