Bahooo!!! “Barselona” - “Bunyodkor” - 1:1
09.01.2009 - 14:18
Bahooo!!! “Barselona” - “Bunyodkor” - 1:1
İspaniyanın “Barselona” klubunun doğma azarkeşləri önündə keçirdiyi yoldaşlıq görüşü sensasion hesabla nəticələnib. Apasport.az saytının məlumatına görə, Xosep Qvardiolanın yetirmələri “Nou Kamp” stadionunda Özbəkistan çempionu “Bunyodkor”la bacarmayıblar. Yeni mövsümə hazırlıq məqsədilə Kataloniyaya yollanan Daşkənd təmsilçisi Primeronun lideri ilə qarşılaşmada heç-heçəyə nail olub - 1:1.

Oyunda hesabı 21-ci dəqiqədə Karles Puyol açıb. Lakin bundan 16 dəqiqə sonra Sərvər Cəfərov əbəs yerə Asiyanın ən yaxşı futbolçusu seçilmədiyini vurduğu bərabərlik qolu ilə sübut edib.

“Bunyodkor”un sıralarında olan Tovuzun “Turan” klubunun sabiq qapıçısı Oleq Belyakov İspaniyaya aparılmayıb. Həmçinin, “Barselona”nın sabiq braziliyalı futbolçusu Rivaldo və axır günlərədək “Bunyodkor”u çalışdıran, Rusiya MOİK-i ilə müqavilə bağlayacağı gözlənilən Artur Ziko da Kataloniyaya yollanmayıb.
0