Azərbaycan yığması “Ayntraxt” klubundan qisas aldı
11.03.2009 - 11:48
Azərbaycan milli komandası növbəti yoxlama oyununu keçirib. AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən apasport.az saytına verilən məlumata görə, Almaniyanın Frankfurt şəhərində təlim-məşq toplanışında olan 17 yaşlılardan ibarət yığma yerli “Ayntraxt” klubunun nəzdindəki 19 yaşlılardan ibarət komandanı 2:0 hesabı ilə məğlub edib. Komandamızın qollarını Emin Mehdiyev və Rəşad Eyyubov vurub. Bu görüş martın 19-dan 24-dək keçiriləcək Avropa çempionatının seçmə mərhələsinin elit raunduna hazırlıq xarakteri daşıyıb.
Qeyd edək ki, ötən həftə Azərbaycanın əsas milli komandası da “Ayntaxt”la yoxlama oyunu keçirmiş, lakin 0:1 hesabı ilə məğlub olmuşdu.
Qeyd edək ki, ötən həftə Azərbaycanın əsas milli komandası da “Ayntaxt”la yoxlama oyunu keçirmiş, lakin 0:1 hesabı ilə məğlub olmuşdu.
- Sergen Yalçınla futbolçular arasında problem var? – TFF-dən ikinci açıqlama
- "Fənərbaxça"dan Messiyə fantastik təklif – İllik 50 milyon avro!
- İkardi “İnter”ə qayıtmaq istəyir – “Bu hekayə bitməyib”
- Derbinin cəzaları açıqlandı – “Qalatasaray” və “Fənərbaxça”ya ağır zərbə
- Cek Qriliş məşqə gəlmədi – "Everton"dan sərt cəza
0
0