İqor Ponomaryov “Xəzər-Lənkəran”da baş verənləri anlaya bilmir
11.03.2009 - 19:22
“Hər iki komanda qələbəyə oynayırdı. Bizim komanda matça daha yaxşı başlayıb iki qol vura bildi”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Xəzər-Lənkəran” klubunun baş məşqçisi İqor Ponomaryov deyib.
49 yaşlı mütəxəssisi Azərbaycan kubokunun ¼ final mərhələsinin “Bakı” ilə cavab oyununda qeydə alınan 2:2 hesablı nəticəyə məyus olub. Ponomaryov matçdan sonra keçirilən mətbuat konfransında iki top üstünlüyünün əldən verilməsinə izah axtarıb: “Amma ikinci qoldan sonra komandamızda nə baş verdiyini, oyunçuların niyə boşalmasını anlaya bilmirəm. Elə qolun ardından topu öz qapımızda gördük. Əlavə olunmuş dəqiqədə isə “Bakı” özünə sərf edən nəticəni əldə edə bildi”.
Qeyd edək ki, komandalar arasında Lənkəranda keçirilən ilk matçda “Bakı” 1:0 hesabı ilə qalib gəlmişdi.

- "Fənərbaxça"da gözlənilməz qərar: 10-a yaxın futbolçu ilə yollar ayrılır
- “Qarabağ”ın məşqçisi UEFA kursunda təlimatçı kimi çıxış edib
- “Trabzonspor” - “Qalatasaray” matçını idarə edəcək hakim bəlli olub
- "El Klasiko"da hakimdən inanılmaz reaksiya: "Barsa" cəbhəsi qəzəblidir
- "Arsenal"ın müdafiəçisi italyanların radarına düşüb
0
0