Qyoko Hacıyevski: “Xəzər-Lənkəran”la oyunlarda yarımfinala çıxmağa “Bakı” layiq idi
11.03.2009 - 19:33
Qyoko Hacıyevski: “Xəzər-Lənkəran”la oyunlarda yarımfinala çıxmağa “Bakı” layiq idi
“Xəzər-Lənkəran” bu matça çox güclü motivasiya olmuşdu. Belə köklənmənin nəticəsi idi ki, onlar iki qol vuraraq, ümumi hesabda da önə keçə bildi”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Bakı” klubunun baş məşqçisi Qyoko Hacıyevski deyib.

54 yaşlı mütəxəssis Azərbaycan kubokunun ¼ final mərhələsinin “Xəzər-Lənkəran”la cavab oyunundan sonra keçirilən mətbuat konfransında komandasından razı qaldığını ifadə edib: “Rəqibimiz oyuna nə qədər yaxşı başlasa belə, bu komandamızın
təslim olmasına kifayət etmədi. İki əvəzləmə etməklə, meydana hücumameylli oyunçuları meydana buraxdım. Bu addım da özünü doğrultdu. Əlavə olunan dəqiqələrdə yarımfinala vəsiqə verən qolu vurduq. “Xəzər-Lənkəran”a qarşı hər iki matçda göstərdiyimiz oyuna görə də buna bizim komanda layiq idi”.

Hacıyevski hakimlə mübahisəyə görə birbaşa qırmızı vərəqə alan Vilyam Roşa Baptistanın da meydandan qovulmasına münasibət bildirib: “Bu, düzgün deyildi. Futbolçu gərək yan xətt hakimi ilə mübahisə etməsin. Braziliyalının bu səhvi layiq olduğu qırmızı vərəqəyə səbəb oldu”.

Qeyd edək ki, bu günkü görüşdən məhsuldar heç-heçə (2:2) ilə ayrılan komandalar arasında Lənkəranda keçirilən ilk matçda “Bakı” 1:0 hesabı ilə qalib gəlmişdi.
0