İqor Akinfeyev: Azərbaycan yığmasına qalib gəlmək lazımdır
17.03.2009 - 11:16
İqor Akinfeyev: Azərbaycan yığmasına qalib gəlmək lazımdır
Rusiya milli komandasının qapıçısı İqor Akinfeyev dünya çempionatının seçmə qrup mərhələsi çərçivəsində qarşıdakı 2 oyun haqqında danışıb. Apasport.az saytının məlumatına görə, 23 yaşlı futbolçu Azərbaycan və Lixtenşteyn yığmalarını məğlub etməyin vacibliyini vurğulayıb.

“Azərbaycan və Lixtenşteynə qarşı görüşləri yüksək səviyyədə keçirmək və qələbə qazanmaq lazımdır. Qrupdakı digər rəqiblər haqda isə sonra düşünmək olar. Gələcəyə indidən boylanmağa ehtiyac yoxdur. Almaniya ilə oyun günü gələcək, hazırlaşacağıq və düşünürəm ki, azarkeşlər bizi dəstəkləyəcək” - deyə Akinfeyev vurğulayıb.

Qeyd edək ki, Rusiya yığması martın 28-də Moskvada milli komandamızı qəbul etdikdən 4 gün sonra səfərdə Lixtenşteynlə qüvvəsini sınayacaq.
0