Azərbaycan futbolunda yeni prezident – FOTO
17.03.2009 - 11:56
Azərbaycan futbolunda yeni prezident – FOTO
Bu gün AFFA-nın inzibati binasında Azərbaycan Əlillər Futbol Federasiyasının (AƏFF) növbədənkənar Konfransı keçirilib. AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən apasport.az saytına verilən məlumata görə, Şaiq Həmidov qurumun yeni prezidenti seçilib. Bu ilin fevralın 27-də AƏFF-in prezidenti Afiq Süleymanov işlərinin çoxluğunu əsas gətirərək federasiyanın İdarə Heyətinə istefa ərizəsi ilə müraciət etmiş və onun istefası qəbul olunmuşdu. Bu gün keçirilən növbədənkənar Konfransda Şaiq Həmidov yekdilliklə AƏFF-in prezidenti seçilib.

Qeyd edək ki, indiyə qədər AƏFF-in vitse-prezidenti vəzifəsində çalışan Həmidov həm də AFFA-nın Hakim-İnspektorlar Komitəsinin üzvüdür.
0