Şahin Diniyev Zinəddin Zidanla görüşə bilmədi
17.03.2009 - 12:04
Şahin Diniyev Zinəddin Zidanla görüşə bilmədi
Məşhur yarımmüdafiəçi Zinəddin Zidanın Çeçenistana səfəri baş tutmayıb. Apasport.az saytının məlumatına görə, Fransa milli komandasının heyətində dünya və Avropa çempionu olan 37 yaşlı veteran futbolçunun Qroznıya gəlişi gözlənilirdi.

Azərbaycan yığmasının sabiq baş məşqçisi Şahin Diniyevin bu ildən çalışdığı “Terek” klubu məhz bu şəhəri təmsil edir. 43 yaşlı məşqçimizin rəhbərlik etdiyi gənclərdən ibarət komanda yeni mövsümə qələbə ilə başlayıb. Diniyevi Qroznıya dəvət edən “Terek”in vitse-prezidenti Haydar Alxanov Zidanın səfərini reallaşdırmaqla, çeçen azarkeşlərinə futbol bayramı yaşatmaq istəyirdi. O, Zinəddinlə yeni mövsümün startı ilə bağlı səfəri razılaşdırmağa cəhd göstərsə də, bu, baş tutmayıb. Alxanov bu informasiyanı qısaca “gecikdik” deməklə, şərh edib.

Qeyd edək ki, Diniyev 16 yaşlı oğlu Kərim də hazırda “Terek”in heyətində yer alıb.
0