Babək Quliyev: Onların adını ləkələyəcəyəm
18.03.2009 - 00:00
Babək Quliyev: Onların adını ləkələyəcəyəm
“Nə “Qarabağ”ın bazasında olmuşam, nə də bu klubun nümayəndələri, o cümlədən direktor Əmrah Çəlikəllə görüşmüşəm. İdarə etdiyim “Bakı” – “Qarabağ” matçında qonaqlar uduzub. Belə olan halda, onlarla necə işbirliyim ola bilər, onlara necə kömək edə bilərəm? Bunlar heç məntiqə uyğun deyil”. Bu fikirləri apasport.az saytına açıqlamasında hakimlikdən kənarlaşdırılan FİFA referisi Babək Quliyev deyib.

UEFA-nın istedadlı hakimlərin yer aldığı 3-cü qrupuna yüksələn 35 yaşlı həmyerlimiz adının ətrafında hallandığı “Qarabağ”la münasibətlərinə yenidən toxunub. Quliyev bu klubla işbirliyində olmasını qətiyyətlə təkzib edib: “Uduzan komandanın nümayəndəsi hakimə zəng edib, iradlarını bildirə bilər. Rüşvət almağım, kimlərlə görüşməyim, bunlar hamısı boş söz-söhbətdir. İndi də ikinci, gizli mobil telefonumun olması söhbətini ortaya atıblar. Bunlar hamısı gülməli söhbətlərdir. İndi hakimliyi kənara qoyub, adımın təmiz olması uğrunda çalışıram. Kim ki adımı ləkələyir, onların adına ləkə gətirəcəyəm”.
0