Futbol yığmamız Çexiyaya qarşı
17.03.2009 - 19:09
Futbol yığmamız Çexiyaya qarşı
Bu gün İsveçrənin Nyon şəhərində 2011-ci ildə Almaniyada qadın futbolçular arasında keçiriləcək dünya çempionatının seçmə mərhələsinin püşkü atılıb. Apasport.az saytının məlumatına görə, Azərbaycan milli komandası 8-ci qrupda yer alıb. Yığmamızın rəqibləri İsveç, Çexiya, Belçika və Uels komandalarıdır.

Xanım futbolçularımız ilk oyunu bu il oktyabrın 24-də İsveçə qarşı keçirəcəklər. Seçmə qrup mərhələsi 2010-cu il avqustun 25-də başa çatacaq. Qrup qalibləri pley-offa vəsiqə qazanacaqlar və gələn il sentyabrında 4 cütə bölünərək, 4 vəsiqə uğrunda yarışacaqlar.

FİFA dünya çempionatında iştirak etmək üçün Avropaya meydan sahibləri Almaniya da daxil olmaqla, 5 yer ayırıb.

2009-cu il

24 oktyabr
Azərbaycan – İsveç

28 oktyabr
Azərbaycan – Uels

22 noyabr
Azərbaycan – Belçika

2010-cu il

27 mart
Azərbaycan – Çexiya

19 iyun
Belçika – Azərbaycan

23 iyun
İsveç – Azərbaycan

21 avqust
Uels – Azərbaycan

25 avqust
Çexiya – Azərbaycan
0