Ronaldonun anası: Oğlum indiyədək 100 qadınla cinsi əlaqədə olmayıb
18.03.2009 - 00:12
Ronaldonun anası: Oğlum indiyədək 100 qadınla cinsi əlaqədə olmayıb
Portuqaliya milli komandasının və “Mançester Yunayted”in yarımmüdafiəçisi Kriştianu Ronaldonun anası Dolores Alveyro oğlu barədə yayılan söz-söhbətlərdən narahatdır. Apasport.az saytının məlumatına görə, o, 2008-ci ildə Avropanın ən yaxşı futbolçusu seçilmiş Ronaldonun “arvadbaz” kimi tanınmasının əleyhinədir.

Almaniyanın “Bild” nəşrinə müsahibə verən Alveyro bunları deyib: “Əgər mən bəzi insanların dediklərinə inansaydım, oğlum indiyədək guya 100-dən çox qadınla cinsi əlaqədə olub. Ancaq bunlar həqiqətəuyğun deyil. Xoşu gəldiyi qıza qarşı fikri ciddidirsə, Ronaldo onu ailəyə təqdim edir”.

Alveyro, həmçinin bildirib ki, Kriştianu bu vaxta qədər yalnız 2 xanımı - Merçe Romero və Nereyda Qalyardonu öz ailə üzvləri ilə tanış edib.

Lakin mətbuatda 24 yaşlı futbolçunun daha çox qadınla əlaqədə olması haqqında məlumatlar yayılıb. Ronaldo Merçe Romero və Nereyda Qalyardo ilə yanaşı, aktrisa Cemma Atkinson, mançesterli tələbə Oliviya Sonderslə və başqaları ilə yaxın münasibətdə olub.
0