“Xəzər-Lənkəran” qorxuya düşüb
18.03.2009 - 10:31
“Xəzər-Lənkəran” qorxuya düşüb
“Xəzər-Lənkəran” klubu azarkeşlərin Novruz bayramını evində deyil, stadionda keçirməsinə nail olmaq istəyir. Apasport.az saytının məlumatına görə, Azərbaycan Premyer Liqasının XIX turunun qarşılaşmasını martın 21-də keçirəcək lənkəranlılar qorxuya düşüb. Belə ki, rəqibin çempionatın autsayderi MOİK olması, həmçinin matçın Novruz gününə təsadüf etməsi stadionun tribunalarının boş qalmasına səbəb ola bilər. Buna yol verməmək üçün klub rəhbərliyi həmin oyuna girişin biletsiz olmasına qərar verib.

Qeyd edək ki, təqvimə əsasən bu komandalar arasında ikinci dövrənin oyunu Bakıda keçirilməli idi. Lakin ilk dövrədə “Xəzər Lənkəran” stadionunda təmir işləri aparıldığından klubların qarşılıqlı razılığı əsasında VI turun oyunu paytaxtda baş tutduğundan rəqiblər bu dəfə Lənkəranda üz-üzə gələcək.
0