Hiddink Azərbaycanla oyunda risk etmək istəmir
18.03.2009 - 11:01
Hiddink Azərbaycanla oyunda risk etmək istəmir
Rusiya milli komandasının baş məşqçisi Qus Hiddink Azərbaycanla oyuna bəzi futbolçulara istirahət verəcək. Apasport.az saytının məlumatına görə, holland mütəxəssis millimizlə martın 28-də Moskvada “Lujniki” stadionunda keçiriləcək görüşdə bir neçə oyunçunu qoruyacaq. Ruslar yığmamızla matçdan 4 gün sonra səfərdə Lixtenşteynlə qüvvəsini sınayacaq. Bu iki milli komanda autsayder olsa da, onlarla oyunlara geniş heyət çağıran Hiddink bunu təsadüfi saymır: “Azərbaycan və Lixtenşteynlə görüşlərə məhz 22 futbolçunu dəvət etməyimin səbəbi çox sadədir. Birincisi, qarşıdakı iki oyunumuz var və mən kimlərəsə istirahət verməliyəm. İkincisi, bizə cəzalı duruma düşə biləcək futbolçular var. Mən onlarla risk edə bilərəm”.
0