Məmmədov üçün Məmmədov
18.03.2009 - 12:40
Məmmədov üçün Məmmədov
Azərbaycan Premyer Liqasında XIX turun oyunlarına təyinatlar açıqlanıb. Peşəkar Futbol Liqasının mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, FİFA hakimləri Vüsal Əliyevlə Fariz Yusifov qarşıdakı turda idarəçilik edəcək. Hakimlər və Hakim-İnspektorlar Komitəsinin sədrləri, Xaqani Məmmədovla Gülağa Cabbarov da təyinat alıb. Məmmədov “Xəzər-Lənkəran” – MOİK, Cabbarov “Qəbələ” – “Karvan” görüşündə hakim-inspektor kimi hakimlərin işinə qiymət verəcək.

21 mart

"Xəzər-Lənkəran" - MOİK

Baş hakim: Rasim Məmmədov
Hakim köməkçiləri: Ramiz Əsədov, Mehman Mahmudov, Anar Salmanov

"Muğan" - "Neftçi"
Baş hakim: Rövşən Əhmədov
Hakim köməkçiləri: Səbuhi Əmrahov, Rauf Məmmədov, Əli Əliyev

"Turan" - "İnter"
Baş hakim: Vüsal Əliyev
Hakim köməkçiləri: Orxan Məmmədov, Eldar Nağıbəyov, Elnur Muradov

"Bakı" - "Bakılı"
Baş hakim: Ceyhun Haşımov
Hakim köməkçiləri: Roman Vasilyev, Mirzə Fərzəliyev, Zöhrab Əliyev

22 mart

"Simurq" - "Qarabağ"

Baş hakim: Zöhrab Qədiyev
Hakim köməkçiləri: Aydın Ələkbərov, Munis Abdullayev, Əfqan Həmzəyev

"Qəbələ" - "Karvan"
Baş hakim: Elçin Məmmədov
Hakim köməkçiləri: Azad Q.Hüseynov, Habil Əliyev, İmanxan Sultani

"Standard" - "Olimpik"
Baş hakim: Fariz Yusifov
Hakim köməkçiləri: Elman Musayev, Vaqif Musayev, Rauf Cabbarov
0