“Qalatasaray” UEFA kubokunda qalacaq, yoxsa yox?
18.03.2009 - 13:27
“Qalatasaray” UEFA kubokunda qalacaq, yoxsa yox?
Sabah “Qalatasaray” klubunun UEFA kubokunda taleyinə aydınlıq gələcək. Apasport.az saytının məlumatına görə, “Cim Bom” turnirin 1/8 final mərhələsində “Əli Sami Yen” stadionunda Almaniya “Hamburq”u ilə cavab görüşünü keçirəcək.

Səfərdə keçirilən ilk oyunda münasib nəticə qazanan “Qalatasaray”ın 1/4 finala yüksəlmək şansı daha çoxdur. Hər halda, Bülənt Korkmazın çalışdırdığı komandaya növbəti mərhələyə çıxmaq üçün qolsuz heç-heçə də yetərlidir. “Qalatasaray” bunu gerçəkləşdirəcəyi halda, mayın 20-də İstanbulda “Şükrü Saracoğlu” stadionunda keçiriləcək final oyununa bir qədər də yaxınlaşacaq.

Qeyd edək ki, 1/4 finalın ilk iki iştirakçısı bu gün Fransa və Hollandiyada bəlli olacaq.

18 mart

“Sent-Etyen” (Fransa) – “Verder” (Almaniya)

Baş hakim: Aleksandru Tudor (Rumıniya)
İlk oyun – 0:1

“Ayaks” (Hollandiya) – “Marsel” (Fransa)
Baş hakim: Floriyan Mayer (Almaniya)
İlk oyun – 1:2

19 mart

“Metallist” (Ukrayna) – “Dinamo” (Kiyev, Ukrayna)

Baş hakim: Laurent Duhamel (Fransa)
İlk oyun – 0:1

“Şaxtyor” (Ukrayna) – MOİK (Rusiya)
Baş hakim: Bjorn Kupers (Hollandiya)
İlk oyun – 0:1

“Qalatasaray” (Türkiyə) – “Hamburq” (Almaniya)
Baş hakim: Pedro Proença (Portuqaliya)
İlk oyun – 1:1

“Braqa” (Portuqaliya) – PSJ (Fransa)
Baş hakim: Kreyq Tomson (Şotlandiya)
İlk oyun – 0:0

“Zenit” (Rusiya) – “Udineze” (İtaliya)
Baş hakim: Martin Atkinson (İngiltərə)
İlk oyun – 0:2

“Olborq” (Danimarka) – “”Mançester Siti” (İngiltərə)
Baş hakim: Stefan Lannoy (Fransa)
İlk oyun – 0:2
0