“Neftçi” çempion! - FOTO
18.03.2009 - 13:45
“Neftçi” çempion! - FOTO
“Neftçi” klubu Ukraynanın paytaxtı Kiyevdə təşkil olunan Viktor Kolotovun VII xatirə turnirində uğurla çıxış edib. Apasport.az saytının məlumatına görə, Hacıbala Abdullayevin rəhbərlik etdiyi kollektiv 16 komandanın mübarizə apardığı yarışda bütün rəqiblərini qabaqlayıb.

Qrup mərhələsini adlayan bakılılar yarımfinalda yerli “Batkivşina” klubunu məğlub ediblər. Əsas vaxt 2:2 hesabı ilə nəticələnib. Oyunsonrası penaltilər seriyasında isə “Neftçi” üstün olub – 2:1.

Finalda da hakim penaltilər seriyasının vurulması barədə qərar çıxarıb. Çünki “Neftçi”nin “Oşadbank”la (Sumı, Ukrayna) görüşünün əsas vaxtı heç-heçə başa çatıb. Hətta komandamız görüşün gedişində hesabda geri qalsa da, Kiyevdəki soydaşlarımızın dəstəyi sayəsində tarazlığı bərpa edib. Penalti vuruşlarında bu dəfə də “Neftçi”nin futzalçıları dəqiq olublar və çempion tituluna yiyələniblər.
0