“Azərbaycan yığması oyun ərzində 2-3 qol epizodu yarada bilər”
18.03.2009 - 18:37
“Azərbaycan yığması oyun ərzində 2-3 qol epizodu yarada bilər”
“Azərbaycan milli komandasının heyətində yüksək səviyyəli oyunçuların olması, bizim arxayınlaşmağımıza imkan vermir”. Apasport.az saytının məlumatına görə, bu sözləri futzal üzrə Portuqaliya milli komandasının qapıçısı Con Benedikt deyib.

2010-cu ildə Macarıstanda təşkil olunacaq Avropa çempionatının Portuqaliyanın Viana-du-Kaştelya şəhərində keçirilən seçmə turnirində Azərbaycan yığmasının rəqibi olan pireneylilərin futbolçusu komandamızla qarşılaşmada ehtiyatlı olmağı zəruri sayır: “Rəqibimizin milliləşdirdiyi futbolçular çox güclü çempionatlardan dəvət olunub. Bu isə onların mübarizə aparmaq əzmində olduğunu göstərir. Matç ərzində rəqib 2-3 qol epizodu əldə edə bilər ki, onların bir neçə futzalçısı ilə üz-üzə qalmalı olaram. Belə halın yaşanmamağı üçün maksimim dərəcədə konsentrasiya olmalıyıq”.

Qeyd edək ki, Portuqaliya – Azərbaycan oyunu sabah Bakı vaxtı ilə 00:00-da başlayacaq.
0