Azərbaycanlılar üçün daha 1000 bilet
19.03.2009 - 00:15
Azərbaycanlılar üçün daha 1000 bilet
AFFA milli komandamızın Rusiya ilə səfərdə keçirəcəyi oyunda daha çox azarkeş dəstəyinə malik olması yönündə işini davam etdirir. Assosiasiyanın baş katibi Elxan Məmmədov apasport.az saytına açıqlamasında Moskvaya daha 1000 bilet göndərilməsinin nəzərdə tutulduğunu bildirib.

Biletlərin alınması üçün Rusiya Futbol İttifaqının hesabına müəyyən vəsait köçürən AFFA bunları Moskvada yaşayan həmyerlilərimizə təmənnasız verir: “Rusiya Futbol İttifaqından 5000 bilet almışıq. Sağ olsunlar, münasib qiymətə verdilər. Bir bileti 5 dollardan almışıq və bu, bizim üçün xüsusi qiymətdir. 5000 bileti verdiyimiz Azərbaycanın Rusiyadakı səfirliyi ilə gündəlik əlaqə saxlayırıq. Onlar həmin biletləri pulsuz azərbaycanlılara paylayacaqlar. Əlavə Moskvada yerləşən “Buta” Azərbaycan İncəsənət Mərkəzinə 1000 bilet veriləcək. Onlarla əlaqə saxlayırıq və Moskvadakı görüşdə azarkeş dəstəyi ilə təmin edəcəklər”.

Qeyd edək ki, həmyerlilərimizin Moskvaya göndərilən biletlərə təmənnasız alması nəzərdə tutulub.
0