AFFA qol vuranlara veriləcək mükafatı açıqladı
19.03.2009 - 15:40
AFFA qol vuranlara veriləcək mükafatı açıqladı
Novruz bayramında bir qol vurmaqla top qazanmaq olar. AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən apasport.az saytına verilən məlumata görə, qurumun növbəti layihəsi Novruz bayramına həsr olunub.

Assosiasiyanın keçirəcəyi yeni layihə Milli parkda, Azneft döngəsinin yaxınlığında gerçəkləşəcək. Quraşdırılan qapıya qol vuran hər bir uşağa AFFA tərəfindən top hədiyyə olunacaq. Bulvara gəzintiyə çıxan uşaqlar martın 20-də saat 11:00-dan, 21-də isə saat 10:00-dan saat 17:00-dək öz məharətlərini göstərə bilərlər.
0