AFFA hakimə tüpürən futbolçunun cəzasını yüngülləşdirdi
19.03.2009 - 16:57
AFFA hakimə tüpürən futbolçunun cəzasını yüngülləşdirdi
AFFA-nın Apelyasiya və Ekspert Komitəsi “Bakı”ının hücumçusu Vilyam Roşa Batista ilə bağlı İntizam Komitəsinin martın 3-də çıxardığı qərarı dəyişdirib. Klubun vitse-prezidenti Zeynal Məmmədovun apasport.az saytına verdiyi məlumata görə, İntizam Komitəsinin çıxardığı 6 oyunluq cəza yarıbayarı azaldılıb.

Məmmədov bu qərardan narazı qalmadıqlarını bildirib: “İstəyimizə haradasa çatdıq. Biri var 6, biri də var 3 oyunluq cəza. 6 oyunluq cəza qalsaydı, bu, mövsümün sonu demək idi. Onda gərək Batista indidən çıxıb gedərdi. Ancaq yeni qərarla cəza 3 oyuna qədər endirildi. Özü də nəzərə alaq ki, Batistanın bir oyunluq cəzası arxada qalıb. Çünki son turda “Karvan”la səfər görüşünü buraxıb. Qalıb iki oyun ki, “Bakılı” və “Olimpik”lə görüşlərdən sonra yenidən Batistanın xidmətindən yararlana biləcəyik”.

Klubun 5000 manat cərimə olunması ilə bağlı qərar qüvvədə qalıb ki, Məmmədov buna etiraz etmir: “Biz ilk növbədə pulu yox, futbolçumuzun cəzasının azaldılmasını fikirləşdirdik. 5000 manatlıq cərimənin kimin ödəyəcəyini artıq özümüz klub daxilində müəyyənləşdirəcəyik”.
0