“Bakı” Kazımı baxışa çağırıb, Aytanovla müqavilə bağlayacaq - MÜSAHİBƏ
03.04.2009 - 14:02
“Bakı” klubunun türkiyəli vitse-prezidenti Tunc Afşarın apasport.az saytına müsahibəsi
- Almaniyaya səfəriniz necə nəticələndi?
- Uğurlu saymaq olar. “Nürnberq” klubunun aşağı yaş qruplarından ibarət komandasında oynayan Oğuz Aytanov və ailəsi ilə görüşdüm. Danışığımız müsbət nəticələndi. Onun “Bakı”ya transferi ilə bağlı razılığını almışıq. İndi İstanbuldayam. Yaxın günlərdə Bakıya gəlib klubumuzun prezidenti Hafiz Məmmədova Avropa səfərimlə bağlı raport verəcəyəm. Həm Almaniya, həm də Belçikada göz qoyduğumuz istedadlı azərbaycanlı futbolçulara sahib olmaq istəyirik.
- Maraqlıdır, Oğuzun Bundesliqa təmsilçisindən “Bakı”ya keçməyə razı olması nə ilə bağlıdır?
- Aytanov artıq 5 ildir “Nürnberq”də forma geyinir. Orta sahə oyunçusudur. Ona və atası Vilayət bəyə “Bakı” klubunda görülən işlər, Azərbaycan futbolunda son vaxtlar baş verən inkişafla bağlı məlumat verdim. Bütün bunlar onların diqqətini cəlb etdi. Biz Oğuzla uzun müddətli müqavilə bağlayıb, onu icarəyə verməyi nəzərdə tutmuşuq. Futbolçu “Nürnberq”ə qayıtmaq istəmir. Bu səbəbdən Almaniyanın başqa klublarından birinə icarəyə verəcəyik.
- Oğuzun təhsili ilə bağlı məsələ nə yerdədir?
- Onun hazırda 16 yaşı var. Üç ildən sonra orta məktəbdə təhsilini başa vuracaq. Həmin vaxtadək futbolçu kimi səviyyəsini daha da yüksəldəcək Bundan sonra “Bakı”ya faydasını verəcək. Biz də həmin müddətə qədər klubumuzun inkişafı ilə bağlı lazımı işləri görəcəyik.
- Bəs gələcəkdə Aytanov Azərbaycan milli komandasında oynaya biləcəkmi?
- Bilirsiniz, yeni kluba keçmək istəyən Oğuzun Almaniya yığmasına düşməsi çox çətindir. Ümumiyyətlə, bu ölkədə legionerlərin möhkəmlənməsi asan məsələ deyil. Aytanov Türkiyə yığmasına cəlb olunsa da, Azərbaycan millisində oynamaq istəyindədir. Hər halda, o, Vətəninə qayıtmağa hazırdır. Oğuz vaxtilə İqdırda yaşadığından, Türkiyə pasportunu malikdir. Onun soyadı Aytan kimi göstərilsə də, əslində, azərbaycanlıdır. Ötən ayın sonlarında Türkiyə U-17-nin heyətində Almaniyada təlim-məşq toplanışında iştirak edib. Vaxtilə “Qalatasaray”da oynamış veteran futbolçu Erdal Çeter yığmada çalışmaqla yanaşı, Türkiyənin Almaniya üzrə kuratorudur. O, həmin ölkədə çıxış edən istedadlı türkiyəli futbolçulara göz qoyur.
- Almaniyada daha bir futbolçu haqda da məlumat almışdınız...
- Kazım adlı bu futbolçunun 17 yaşı var, hücumçudur. Almaniyanın aşağı Bundesliqasında çıxış edir. Onu “Bakı-2”yə cəlb edib, sınayacağıq. Baxışdan uğurla keçərsə, komandada saxlayacağıq.
- Belçikada yaşayan Rey Məmmədlinin taleyi necə olacaq?
- Reyin də atası azərbaycanlıdır. Onu da ölkəmizdə dəvət edib, gələcək taleyinə aydınlıq gətirəcəyik. Fikrimiz odur ki, istedadlı futbolçularla uzun müddətli müqavilə bağlayaq. Reylə də belə anlaşıb, icarəyə verilməsini planlaşdırmışıq. Onun bizimlə müqavilə bağladıqdan sonra yenidən Belçikada oynayacağı gözlənilir.
- Bəs siz Bakıya nə vaxt qayıdacaqsınız?
- İki gündən sonra. Vaxtilə alman mütəxəssis Kristof Daumun köməkçisi olmuş Murad Kuş da həftəsonu Bakıya gələcək. Onunla birgə komandamızın növbəti tur çərçivəsində aprelin 5-də “Olimpik”lə “Şəfa” stadionunda keçiriləcək oyununu izləyəcəyik. Gələn həftə isə birlikdə Almaniyaya səfərimiz gözlənilir. Burada “Herta” və “Köln” klubları ilə əməkdaşlıq məsələsini müzakirə edəcəyik.

0
0