Hər oyuna 4 qol, “Bavariya” və “Liverpul”a yaxşı yol!
09.04.2009 - 09:00
Hər oyuna 4 qol, “Bavariya” və “Liverpul”a yaxşı yol!
Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyunlarına yekun vurulub. Apasport.az saytının məlumatına görə, heç-heçələrin qeydə alındığı birinci oyun günündən fərqli, digər iki matçda yarımfinalçıların adları demək olar ki, müəyyənləşib. Kifayət qədər məhsuldar keçən və 8 qolun qeydə alındığı görüşlərdən sonra “Barselona” və “Çelsi” praktiki olaraq, növbəti mərhələyə vəsiqəni təmin ediblər.

1/4 final mərhələsinin cavab görüşləri aprelin 14-15-də keçiriləcək.


Çempionlar Liqası
1/4 final, ilk oyunlar
7 aprel


“Mançester Yunayted” (İngiltərə) – “Portu” (Portuqaliya) - 2:2

Qollar: Runi, 16; Teves, 86 - Rodriges, 4; Qonsales, 89
Baş hakim: Konrad Plauts (Avstriya)

“Vilyarreal” (İspaniya) – “Arsenal” (İngiltərə) - 1:1
Qollar: Da Silva, 10 - Adebayor, 66
Baş hakim: Tom-Henninq Evrebe (Norveç)

8 aprel

“Liverpul” (İngiltərə) – “Çelsi” (İngiltərə) - 1:3

Torres, 6 - İvanoviç, 39, 62; Droqba, 67
Baş hakim: Klaus Bo Larsen (Danimarka)

“Barselona” (İspaniya) – “Bavariya” (Almaniya) - 4:0
Messi, 9, 38; Eto, 12; Anri, 43
Baş hakim: Hovard Uebb (İngiltərə)
0