Kaka “Real”a nə vaxta keçəcək?
07.04.2009 - 18:03
2007-ci ildə dünyanın və Avropanın ən yaxşı futbolçusu seçilmiş braziliyalı Kaka Madridin “Real” klubuna keçidə razılığını verib. Apasport.az saytının məlumatına görə, uzun müddətdir İtaliya “Milan”ında oynayan 27 yaşlı yarımmüdafiəçi “kral klubu”nun sabiq prezidenti Florentino Pereslə məsələni razılaşdırıb. Əgər Peres yenidən “Real”ın prezidenti seçilərsə, Kaka bu komandaya transfer olunacaq.
Keçidin ümumi məbləği 60 milyon avro təşkil edir. Peres hələ martın 16-da “Milan”ın vitse-prezidenti Adriano Qalliani ilə braziliyalı futbolçunun transferini müzakirə edib. Ancaq Kakanın özü ilə maliyyə məsələsi müzakirə olunmayıb. Onun bir müddət öncə İngiltərənin “Mançester Siti” klubuna keçidi diqqət mərkəzinə düşsə də, milyarder ərəb şeyxinin pulları transferin gerçəkləşməsi üçün yetməyib.
Qeyd edək ki, Peres İngiltərə Premyer Liqasında oynayan həmyerlilərinə də göz qoyub. Belə ki, “Liverpul” və “Arsenal”ın ispan yarımmüdafiəçiləri Xabi Alonso ilə Sesk Fabreqas da onun maraq dairəsindədir. Ancaq “Real”ın əsas hədəfi hələ ötən yaydan göz qoyduğu Kriştianu Ronaldodur. İngiltərənin “Mançester Yunayted” klubunda çıxış edən 24 yaşlı portuqaliyalı yarımmüdafiəçinin yayda 75 milyon funt sterlinq müqabilində “kral klubu”nda oynamağa razı olduğu bildirilir.

0
0