Azərbaycanlı məşqçi Almaniyada 38 ölkə təmsilçisini qabaqladı - FOTO
09.04.2009 - 10:14
Azərbaycanlı məşqçi Almaniyada 38 ölkə təmsilçisini qabaqladı - FOTO
AFFA rəhbərliyinin dəstəyi ilə Azərbaycan Əlillər Futbolu Federasiyasının (AƏFF) məşqçisi İlham Təhməzov Almaniyanın Leypsiq şəhərində kursdadır. AƏFF mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, Təhməzov Leypsiq Universitetinin idman fakültəsində futbol məşqçiləri üçün təşkil olunmuş 5 aylıq beynəlxalq kursda iştirak edir.

Artıq kurslar çərçivəsində ilk imtahan keçirilib. Bu imtahan azərbaycanlı məşqçi üçün uğurlu olub. Təhməzov nəzəri və praktiki biliklərini tam nümayiş etdirərək, 38 ölkə məşqçiləri arasında ən yüksək nəticəni göstərib. Kurslar avqustun 31-də yekunlaşacaq.

Qeyd edək ki, İlham Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının bakalavr və magistr, eləcə də ABŞ-ın Lake Forest Universitetinin magistr pillələrini bitirib. Təhməzov, həmçinin İngiltərənin “Portsmut” klubunda 5 aylıq məşqçilik təcrübəsi keçib.
0