“Neftçi” - “Xəzər-Lənkəran” matçının vaxtı dəyişdirildi
09.04.2009 - 11:33
“Neftçi” - “Xəzər-Lənkəran” matçının vaxtı dəyişdirildi
Azərbaycan Premyer Liqasının XXI turunun oyunlarının vaxtı dəqiqləşib. Peşəkar Futbol Liqasının mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, həftəsonu baş tutacaq görüşlərdən 3-nün vaxtı dəyişdirilib.

Belə ki, çempionatın lideri “İnter”in ən yaxın izləyiciləri nəzərdə tutulan vaxtdan gec meydana çıxacaqlar. Şənbə günü “Standard”ın qonağı olacaq “Bakı” meydan sahibləri ilə münasibətlərini aydınlaşdırmağa saat 18:00-da başlayacaq. Autsayderlər qrupunda yer alan “Bakılı”nı qəbul edəcək “Simurq”un matçı isə bundan bir saat gec start götürəcək.

Zaqatalada olduğu kimi, “Neftçi” - “Xəzər-Lənkəran” görüşündə də start fiti saat 19:00-da çalınacaq. Başqa sözlə, flaqmanın lənkəranlılarla qarşılaşması 3 saat gec başlanacaq.

11 aprel, şənbə

16:00. "Muğan" - "Qarabağ"

Salyan Olimpiya İdman Kompleksinin stadionu

18:00. "Standard" - "Bakı"
"Şəfa" stadionu

19:00. "Simurq" - "Bakılı"
Zaqatala "Simurq" stadionu

12 aprel, bazar

16:00. MOİK - "İnter"

"Şəfa" stadionu

16:00. "Turan" - "Karvan"
Tovuz şəhər stadionu

16:00. "Qəbələ" - "Olimpik"
Qəbələ şəhər stadionu

19:00. "Neftçi" - "Xəzər-Lənkəran"
T.Bəhramov adına Respublika Stadionu
0