Milan Baroş qovuldu
09.04.2009 - 11:53
Milan Baroş qovuldu
Türkiyənin “Qalatasaray” klubunun hücumçusu Milan Baroş Çexiya yığmasından qovulub. Apasport.az saytının məlumatına görə, Çexiya Futbol Federasiyasının iclasında seçmə mərhələdəki uğursuzluqların səbəbkarı olan 6 oyunçunun millidən kənarlaşdırılması haqqında qərar qəbul olunub.

Belə ki, baş məşqçi Peter Radanın ardından tomaş Uyfaluşi, Vatslav Sverkoç, Martin Fenin, Milan Baroş, Marek Mateyovski və Radoslav Kovaç yığmadan qovulub. Çexiya mətbuatı bunun əsas səbəbinin kimi onların millinin Slovakiyaya 1:2 hesablı məğlubiyyətindən sonra əxlaqsız qadınlarla birgə bara yollanmasının olduğunu göstərir.
0