Diniyev Rusiya çempionatında debüt etdi
11.04.2009 - 11:08
Rusiya Premyer Liqasının əvəzedici heyətləri arasında ölkə çempionatının növbəti oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, Azərbaycan milli komandasının sabiq baş məşqçisi Şahin Diniyevin rəhbərlik etdiyi “Terek”in gənclərdən ibarət heyəti bu turda “Rubin”lə qarşılaşıb. Qolsuz bərabərliklə bitən qarşılaşma mütəxəssisin oğlu Kərimin Rusiya çempionatında debütü ilə əlamətdar olub.
Rusiya çempionunun əvəzedicilərinə qarşı görüşün start heyətində yer almayan kiçik Diniyev matçın 16-cı dəqiqəsində zədələnən Əli İdrisovu əvəzləyib. Lakin təcrübəli mütəxəssis hələ 16 yaşı tamam olmayan futbolçunun bu səviyyədə görüşdə sonadək iştirak etməsini məqsədəuyğun saymayıb. Qarşılaşmanın 63-cü dəqiqəsində yerini Raybek Surxayevə verən Kərimin “siftəsi” 47 dəqiqədən ibarət olub.
Qeyd edək ki, “Terek”in əvəzediciləri növbəti matçını aprelin 17-də Moskva “Spartak”ına qarşı keçirəcək.

0
0