Berti Foqts dünyanın ən yaxşı hücumçularını seçdi
11.04.2009 - 13:50
Məşhur “Bild” nəşri dünyanın ən yaxşı 50 hücumçusunun siyahısını tərtib edib. Apasport.az saytının məlumatına görə, almaniyalı həmkarlarımız bunun üçün Azərbaycan yığmasının baş məşqçisi Berti Foqtsa möhtac olub.
Belə ki, milli komandamızın çalışdırıcısı digər futbol ulduzu Lotar Matteusla birgə ekspert kimi siyahının tərtibatında iştirak edib. Hücumçuların ardıcıllığının müəyyənləşməsində onların bazar qiymətləri, orta məhsuldarlığı ilə yanaşı, bu iki mütəxəssisin fikirləri də nəzərə alınıb. Nəticədə argentinalı Lionel Messi birinci, onun “Barselona”dakı kamerunlu komanda yoldaşı Samuel Eto ikinci sırada yer alıb. Üçüncü olan ispaniyalı David Vilya isveçli Zlatan İbrahimoviç və ötən ilin ən yaxşı futbolçusu seçilmiş portuqaliyalı Kriştiano Ronaldonu arxada qoya bilib.
Qeyd edək ki, Foqtsun da rəyi nəticəsində ötən ay yığmamızla oynamış Rusiya millisinin oyunçusu Roman Pavlyuçenko dünyanın 41-ci hücumçusu seçilib.

0
0