Zaur Tağızadə neçə gündən sonra qol vurdu?
13.04.2009 - 09:42
Bakının “Neftçi” komandasının yarımmüdafiəçisi Zaur Tağızadənin uğursuz seriyası qırılıb. Apasport.az saytının hesablamalarına görə, Azərbaycan Premyer Liqasının XXI turunda “Xəzər-Lənkəran”ın qapısına qol vuran 30 yaşlı yarımmüdafiəçi 14 aylıq həsrətə son qoyub.
Belə ki, flaqmanın kapitanı nəinki cari mövsümdə, ümumiyyətlə son 14 ayda rəqib qapılarına yol tapa bilmirdi. Zaur sonuncu dəfə ötən il fevralın 23-də qol sevinci yaşamışdı. Həmin qarşılaşmada “Gənclərbirliyi”ni 2:0 hesabı ilə üstələyən “Neftçi”nin heyətində fərqlənən yarımmüdafiəçi 414 gün idi ki, rəqib qapıçıları məyus etmirdi. Yəni, o 2007/08 mövsümünün 15-ci turundan sonra Tağızadə bakılıların heyətində çempionat, kubok və avrokubok oyunlarında, həmçinin milli komandada qol vura bilməmişdi.

- Şenol Güneşdən “Beşiktaş” açıqlaması – “Sevgini itirmək istəmirəm”
- “Qalatasaray”dan hücumçu həmləsi – Kolo Muani üçün hərəkətə keçir
- “Tottenhem” Hekkedən "əl çəkmir" – De Zerbi keçiddə israrlıdır
- Ronaldonun dəyəri kəskin düşdü – 120 milyondan...
- “Fənərbaxça”da Tuncay Şanlı dönəmi bitdi – Klub əfsanəsi ilə yollar ayrıldı
0
0