Aleksandr Çertoqanov da tarixə düşdü
13.04.2009 - 11:27
Aleksandr Çertoqanov da tarixə düşdü
Azərbaycan Premyer Liqasının XXI turu Zaqatalanın “Simurq” klubunun futbolçusu Aleksandr Çertoqanov üçün əlamətdar olub. Apasport.az saytının hesablamalarına görə, komandasının “Bakılı” üzərində 3:0 hesabı ilə qalib gəldiyi qarşılaşma ukraynalı legionerin milli çempionatda 100-cü oyunu olub.

Azərbaycan milli komandasının milliləşən əcnəbisi bu həddə çatan 5-ci legioner olub. Belə ki, indiyədək gəlmə futbolçulardan yalnız Badri Kvaratsxeliya, Viktor Kulikov, Leandro Qomeş və Georgi Adamiya 100 matç keçirmişdi. Onlardan ikisi cari mövsümdə yubiley qarşılaşmasına çıxıb ki, Adamiya ilə Qomeşin də yubiley oyunları məhz ikinci dövrəyə təsadüf edib.

Qeyd edək ki, 2004-cü ildə Premyer Liqada debüt edən Çertoqanov “Bakı” (24 oyun), “Neftçi” (72 oyun, 2 qol) və “Simurq”da (4 oyun) çıxış edib.
0