Yığmamızda daha bir yeni futbolçu
15.04.2009 - 12:50
Yığmamızda daha bir yeni futbolçu
Azərbaycanın 17 yaşlılardan ibarət yığma komandasına (U-17) daha bir futbolçu çağırılıb. AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən apasport.az saytına verilən məlumata görə, aprelin 21-dən 24-dək Bakıda keçiriləcək təlim-məşq toplanışına Tural Mustafazadə də dəvət olunub. Bununla U-17-nin almaniyalı yeni baş məşqçisi Oliver Pilzerin hazırlıq prosesində sərəncamında 26 futbolçu olacaq.

Bunlar Tural Mustafazadə ilə yanaşı, Elşən Abdullayev, Hacı Əhmədov, Rəhman Hacıyev, Tural Qürbətov, Slavik Alxasov, Fuad Əsədov, Emil Balayev, Mehdi Mehdiyev, Aleksandr Qross, Nurlan Novruzov, Ruslan Tağızadə, Kazım Kazımlı, Tural Məmmədli, Orxan Sadıqlı, Nurlan Qurbanov, Vasif Rzayev, Ayxan Əsədov, Natiq Əliyev, Ülvi Quliyev, Ruslan İsgəndərov, Elvin Hacıyev, Kərim Diniyev, Akif Tağıyev, Abdulla Abotsıyev və Rahid Talıbovdur.
0