“Neftçi” çempionu, “Turan” isə əsas rəqibini “yaraladı”
19.04.2009 - 16:56
 “Neftçi” çempionu, “Turan” isə əsas rəqibini “yaraladı”
Azərbaycan Premyer Liqasının XXII turu bir sıra maraqlı məqamlarla yadda qaldı. Apasport.az saytının məlumatına görə, vahid lider “İnter” çempionluq yolunda vacib iki xal itirdi. “Neftçi” “Xəzər-Lənkəran”ın ardınca son ölkə çempionunu da büdrətdi və uzun fasilədən sonra turnir cədvəlində 7-ci pilləyə yüksəldi.

Əslində, ilk hissədə hesabda 2:0 irəlidə olan flaqman qələbəyə da layiq olsa da, fasilədən sonra “İnter”in uruqvaylı hücumçusu Valter Quqlemonun 4 dəqiqəyə etdiyi “dubl” buna imkan vermədi. Hər halda, çempion ən yaxın izləyicisi “Bakı”nın məğlubiyyəti və xal fərqinin 3-ə çatması ilə təsəlli tapa bilər.

“Xəzər-Lənkəran” ölkə kubokunda uduzduğu “Bakı”dan böyük hesablı qələbə ilə əvəz çıxdı. “Simurq” tarixində “Olimpik”i ilk dəfə məğlub etməklə, 3-cü yerdə mövqeyini qorudu.

Turda Premyer Liqada qalmaq uğrunda mübarizə aparan komandaların görüşündə “Turan” qalib gəldi. İndiyə kimi bütün milli çempionatlarda iştirak etmiş Tovuz təmsilçisi “Bakılı” səfərdə yenməklə, güclülər dəstəsində yerini qorumaq vəzifəsini böyük ölçüdə yetirmiş oldu. İndi “Turan” 11-ci pilləyə yüksəlməklə, sona 4 tur qalmış özünü xeyli rahat hiss edə bilər. Sonuncu pillədə gedən MOİK-in bir illik fasilədən sonra birinci diviziona qayıdacağı demək olar həll olunub.

Premyer Liqada qalmağa imkan verən 12-ci yer uğrunda mübarizə “Muğan” və “Bakılı” arasında gedəcək. Bu komandalar arasında növbəti tur Salyandakı görüş həlledici olacaq.

18 aprel

16:00. “Olimpik” – “Simurq” - 0:2

Bakı. “Şəfa” stadionu
QOLLAR: Bolkvadze, 45; Mazyar, 69

16:00. “Qarabağ” – MOİK - 3:0
Bakı. Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionu
QOLLAR: Nidal Fərhadoviç, 53; Aslan Kərimov, 59; Zaur Ramazanov, 83

16:00. “Qəbələ” – “Standard” - 2:1
Qəbələ. Şəhər stadionu
QOLLAR: Kamilyonok, 68 (penaltidən); Samir Zərgərov, 90 - Qutyerres, 72

18:00. “Xəzər-Lənkəran” – “Bakı” - 3:0
Lənkəran. Mərkəzi şəhər stadionu
QOLLAR: Əhməd Dursun, 35; 74; Mario Souza (90+1)

19 aprel

16:00. “İnter” – “Neftçi” - 2:2

Bakı. “Şəfa” stadionu
QOLLAR Quqlemon, 52; 56 - Stefanov, 24; Olefir, 45

16:00. “Bakılı” – “Turan” - 0:2
Bakı. Zabrat qəsəbə stadionu
QOLLAR: İnekoyu, 54; 85

16:00. “Karvan” – “Muğan” - 3:1
Yevlax. Şəhər stadionu
QOLLAR: Murad Ağakişiyev, 80; Əziq Quliyev, 82; Mesxi, 90 - Tsaranu, 87


Turnir cədvəli

 

komandalar

O

Q

H

M

T

X

1

İnter

22

16

5

1

42-12

53

2

Bakı

22

16

2

4

46-13

50

3

Simurq

22

14

5

3

34-15

47

4

Xəzər-Lənkəran

22

14

4

4

43-15

46

5

Qarabağ

22

12

5

5

32-21

41

6

Olimpik

22

10

7

5

25-16

37

7

Neftçi

22

8

7

7

26-19

31

8

Standard

22

9

3

10

20-25

30

9

Qəbələ

22

8

6

8

26-17

30

10

Karvan

22

9

2

11

24-28

29

11

Turan

22

3

5

14

16-39

14

12

Muğan

22

3

2

17

17-45

11

13

Bakılı

22

2

3

17

13-55

9

14

MOİK

22

1

2

19

10-52

5



Bombardirlər: Valter Quqlemon (“İnter”) – 14, İvan Svetkov (“Xəzər-Lənkəran”) - 13
0