“Kalyari” və “sevgi üçbucağı” - FOTO
17.04.2009 - 12:02
“Kalyari” və “sevgi üçbucağı” - FOTO
İtaliyanın “Kalyarı” klubunun futbolçusu Alesandro Matri sevgi “üçbucağı”na düşüb. Apasport.az saytının məlumatına görə, 24 yaşlı hücumçu gözəlçələrinin sayını cütləşdirmək qərarına gəlib.

Neçə müddətdir Konstantsa Karaççiola ilə sevgi macəralarını davam etdirən Alesandro təkcə sarışın xanımı ilə kifayətlənməkdən bezib. Bu məqsədlə futbolçu “menyu”sunu daha da zənginləşdirib. Artıq 2007-ci ildə Roma gözəli seçilən Federiko Nargi də Matrenin sevgililərindən sayılır. Qarabuğdayı gözəlçə ilə Konstantsa yerli telekanalların birində ortaq veriliş hazırlamaqla yanaşı, çox yaxın rəfiqələrdir və hətta Alesandronu da bölüşməyə razıdırlar.
0