“Neftçi”nin sabiq qapıçısı “Volqa”da
17.04.2009 - 12:59
“Neftçi”nin sabiq qapıçısı “Volqa”da
Rusiyanın “Volqa” futbol klubunda daha bir azərbaycanlı yer alıb. Apasport.az saytının məlumatına görə, uzun müddət milli komandamızın qapıçısı olmuş Aleksandr Jidkov Tver şəhərini təmsil edən, ikinci divizionda çıxış edən komandaya məşqçi təyin edilib.

Hələ SSRİ çempionatları dövründə “Neftçi” və Kiyev “Dinamo”sundakı çıxışları ilə tanınan 43 yaşlı veteran futbolçu karyerasını bitirdikdən sonra Rusiyada məşqçi işləyirdi. O, həm Premyer Liqa, həm də birinci divizionda qapıçılarla işləyən məşqçi olub. Xeyli müddətdir işsiz olan Jidkov ikinci dəstə komandasının təklifini qəbul edib. Bununla da, Aleksandr yığmamızda çiyin-çiyinə oynadığı Emin Ağayevlə komanda yoldaşı olacaq. 36 yaşlı müdafiəçi komandanın vitse-kapitanıdır.

Qeyd edək ki, Jidkov “Volqa”da yığmamızın üçüncü oyunçusu oldu. Belə ki, müqavilə ilə “Qarabağ”a məxsus olan 21 yaşlı dağıstanlı müdafiəçi Timur İsrafilov da byu klubla anlaşıb. Rusiyanın ikinci divizionunda yeni mövsümə ssabah start veriləcək.
0