Devid Bekhem Rəşad Sadıqovun obrazına girdi - FOTO
17.04.2009 - 13:28
Devid Bekhem Rəşad Sadıqovun obrazına girdi - FOTO
Məşhur ingilis futbolçu Devid Bekhem “Terminator” obrazında çəkilib. Apasport.az saytının məlumatına görə, bunu “Motorola” şirkəti üçün edən “Milan”ın 34 yaşlı yarımmüdafiəçisi reklam posterində qurşağa qədər soyunmuş halda çıxacaq.

Ancaq Bekhemin bir tərəfi qaranlıq halda olacaq. Kompüter texnologiyasının köməyi ilə “Terminator”a oxşadılan Devid onun məşhur qırmızı gözünü daşıyacaq. Onun sol əlində tutduğu “Motorola”nın yeni modelinin (Aura) təxmini qiyməti 1,4 min funt sterlinqdir. Bekhemin bu ilin yanvarında “Pepsi” şirkəti ilə 10 illik müqaviləsi bitib. Bəzi məlumatlara görə, o, bu şirkətdən ildə 2,5 milyon funt sterlinq qazanırmış. Devidin “Motorola” ilə müqaviləsinin maddi tərəfi açıqlanmır. Ötən ay açıqlanan siyahıya görə dünyanın ən yüksək ödənişli futbolçu olan Bekhem reklam çarxlarına çəkiləndən sonra daha çox populyarlıq qazanıb. Belə ki, futbolçu indiyə kimi müxtəlif firmalar – “Ciorcio Armani”, “Adidas”, “Sharpie”nin reklam kampaniyasında çəkilib.

Qeyd edək ki, insana bənzər kiborqun – “Terminator”un obrazına ilk dəfə eyni adlı filmdə məşhur Hollivud ulduzu Arnold Şvartsnegger olub. Bekhemin vaxtilə milli komandamızla rəsmi oyunda qarşılaşdığı Rəşad Sadıqov da ötən yay “Terminator” olmuşdu. Türkiyəli həmkarlarımız “Kocaelispor” klubunda çıxış edən 27 yaşlı müdafiəçimizi şəkildə bu obraza bənzədərək, bunu sözlə belə ifadə etmişdilər: “Müdafiə xəttində rəqiblərini yox edən Rəşad Sadıqov “Terminator” təsiri bağışlayır”.
0