Futbolun “Cəhənnəm”i və “Cənnət”i - FOTOSESSİYA
17.04.2009 - 13:40
Futbolun “Cəhənnəm”i və “Cənnət”i - FOTOSESSİYA
Dünyanın bir çox ölkələrində möhtəşəm futbol stadionları mövcuddur. Belə arenalardan bəziləri ajiotajlı, səs-küylü oyunlar qəbul etdiklərindən artıq özlərinə ləqəb qazanıblar. Apasport.az saytı ləqəbi ilə daha çox məşhurlaşan stadionları təqdim edir:

1. “Mançester Yunayted”in stadionu “Old Trafford”.
Ləqəbi: Xəyallar teatrı

2. “Mançester Siti”nin stadionu “Meyn Roud”
Ləqəbi: Koma


3. “Seltik”in stadionu “Seltik Park”
Ləqəbi: Cənnət

4. “Reyncers”in stadionu “İbroks”
Ləqəbi: Mordor (“Üzüklərin sahibi” filmində lord Sauronun yaşadığı yer)

5. Argentinanın “Atletiko Kolon” klubunun stadionu “Estadio B.G. Estanislao Lopes”
Ləqəbi: Fil məzarlığı

6. Pekin Olimpiya stadionu
Ləqəbi: Quş yuvası

7. “İnter” və “Milan”ın birgə yararlandığı stadion “Cüzeppe Meatsa” və ya “San Siro”
Ləqəbi: La Skala

8. “Bari”nin stadionu “San Nikola”
Ləqəbi: Kosmik raket

9. Yaponiyanın “Oita Trinita” klubunun stadionu “Kyuşu Oil Dome”
Ləqəbi: Böyük göz

10. AEK-in stadionu Afina Olimpiya stadionu
Ləqəbi: Dəniz tısbağası

11. Hollandiyanın “Qroningen” klubunun stadionu “Euroborq”
Ləqəbi: Yaşıl cəhənnəm

12. “Feyenoord” klubunun stadionu “De Kuip”
Ləqəbi: Hamam vannası

13. “Atletik”in (Bilbao) stadionu “San Mames”
Ləqəbi: Kilsə

14. PSJ-nin stadionu “Park de Prins”
Ləqəbi: Viktor Hüqonun stadionu (son illərdə PSJ zəif çıxış etdiyindən bu klubun vəziyyəti Viktor Hüqonun yazdığı “Səfillər” romanındakı duruma bənzədilir)

15. “Boka Xuniors”un stadionu “Estadio Alberto J. Armando”
Ləqəbi: Şəkər qutusu

16. Argentinanın “San Lorenso” klubunun stadionu “Estadio Pedro Bideqain”
Ləqəbi: Yeni neft quyusu

17. Argentinanın “Rasinq” klubunun stadionu “Estadio Xuan Dominqo Peron”
Ləqəbi: Avellaneda silindri (Avellaneda Buenos-Ayres yaxınlığında liman şəhəri)

18. Argentinanın “İndependyente” klubunun stadionu “Estadio Libertadores de Amerika”
Ləqəbi: İki damlı

19. Argentinanın “Rosario Sentral” klubunun stadionu “Qiqant de Arroyito”
Ləqəbi: Arroyito nəhəngi (Arroyito Argentinada şəhərdir)

20. Argentinanın “Nyuelz Old Boys” klubunun eyniadlı stadionu
Ləqəbi: Azadlıq parkı

21. İngiltərənin “Vulverhempton” klubunun stadionu “Molineuks”
Ləqəbi: Qızıl saray

22. “Everton” klubunun stadionu “Qudison Park”
Ləqəbi: Çox gözəl və yaşlı qadın

23. Şotlandiyanın “Motervell” klubunun stadionu “Fir Park”
Ləqəbi: Palçıq yığını

24. ABŞ-ın “Nyu Enqland Revolyuşn” klubunun stadionu “Gillette”
Ləqəbi: Ülgüc
0