Valentin Xodukin “əlli”yə çatacaq?
17.04.2009 - 14:17
Valentin Xodukin “əlli”yə çatacaq?
Azərbaycan Premyer Liqasının XXII turunda keçiriləcək “İnter” - “Neftçi” oyunu meydan sahiblərinin baş məşqçisi üçün əlamətdar ola bilər. Apasport.az saytının hesablamalarına görə, Valentin Xodukin yetirmələrinin Azərbaycan çempionatlarında yubiley - 50-ci qələbəsinin astanasındadır.

İndiyədək Premyer Liqada 49 dəfə qalib tərəfdə olan 70 yaşlı mütəxəssis “İnter”in “Neftçi”yə qalib gələcəyi halda, bu həddə çatan ilk əcnəbi mütəxəssis olacaq. Belə ki, indiyədək ölkəmizdə işləmiş xarici çalışdırıcılardan heç biri Premyer Liqada bu qədər qələbə qazanmayıb.

Xodukin isə “İnter”in “sükanı arxasında” keçirdiyi 75 matçda 49 qələbə ilə yanaşı, 15 heç-heçə və 11 məğlubiyyətə də şahid olub. İlk qələbəsini 2006-cı il mayın 6-da “Olimpik” üzərində qazanan Xodukin həmin 2005/06 mövsümündə 2, 2006/07 mövsümündə 13, 2007/08 mövsümündə 18 dəfə “İnter”in qələbəsinə sevinib. Cari mövsümdə isə ukraynalının yetirmələri 16 oyunda 3 xal qazanıb.

Qeyd edək ki, Xodukin Azərbaycanda yalnız “İnter”ı çalışdırıb. Hazırda Premyer Liqada işləyən mütəxəssislərdən yalnız biri bu komanda ilə 50-ci çempionat qələbəsini görə bilib. Bu da “Karvan”ın Premyer Liqadakı 59 qələbəsinin sevincini yaşayan Yunis Hüseynovdur.
0