Beş oyuna təyinat gizli qalır
17.04.2009 - 17:21
Beş oyuna təyinat gizli qalır
Azərbaycan Premyer Liqasında qarşıdakı turun oyunlarına təyinatlar tam açıqlanmayıb. Peşəkar Futbol Liqasının mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, XXII tur çərçivəsində sabah əyalətdə keçiriləcək iki oyuna təyinat açıqlanıb. Bu da ondan irəli gəlir ki, Lənkəran və Qəbələdəki görüşlərə təyinat alanlar indidən hara gedəcəklərini bilib, səfərə hazırlaşmalıdırlar. Turun mərkəzi oyunlarından olan “Xəzər-Lənkəran” – “Bakı” görüşü 38 yaşlı FİFA referisi Vüsal Əliyevə tapşırılıb.
Qeyd edək ki, turun qalan beş görüşünə təyinat alan hakimlərin adları hələ gizli saxlanılır. Onlar sabah, matçlar ərəfəsində açıqlanacaq.

18 aprel

"Xəzər-Lənkəran" - "Bakı"

Baş hakim: Vüsal Əliyev
Hakim-köməkçiləri: Azad Q. Hüseynov, Azər Əsgərov, Rasim Məmmədov
Hakim-inspektor: Asif Namazov
AFFA nümayəndəsi: Əziz Əliyev

"Qəbələ" - "Standard"
Baş hakim: Elçin Məmmədov
Hakim-köməkçiləri Ramiz Əsədov, Səbuhi Əmrahov. Ceyhun Haşımov
Hakim-inspektor: Orucəli Durmuşov
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
0