Azərbaycan yığmasına qarşı oynayan qapıçı striptiz kluba gedir?
17.04.2009 - 17:28
Azərbaycan yığmasına qarşı oynayan qapıçı striptiz kluba gedir?
Futbol üzrə Azərbaycan yığmasının rəqibi özü haqda kitab yazıb. Apasport.az saytının məlumatına görə, martın 28-də dünya çempionatının seçmə mərhələsində millimizlə qarşılaşmış Rusiyanın yığmasının qapıçısı İqor Akinfeyev oyun vaxtı təkcə matç haqda düşünmürmüş.

Belə ki, Moskva MOİK-ində oynayan 23 yaşlı futbolçu yazmaqda olduğu kitabının sonluğunu fikirləşirmiş. Artıq bu işi sona çatdıran Akinfeyev idman və ondan kənar həyatı haqda yazdığı, yaxınlarda çap olunacaq kitabın maraqlı olduğunu düşünür: “Azarkeşlər niyə də mənim Allaha inanmağım, necə və harada istirahət etməyim, strip-klublara gedib-getməməyimi bilməlidir. Ümumiyyətlə, bu kitabda olanların bəziləri müxtəlif müsahibələrdə dərc olunub. Lakin ayrı-ayrılıqda və qısa. Bütün bunları bir yerə toplayıb daha ətraflı yazmaq ideyası da həmin vaxt yarandı. Azarkeşlər İqor Akinfeyevin kim olduğunu bilməlidirlər”.

Qeyd edək ki, “Oxuculardan 100 penalti” adlanan kitab MOİK Peşəkar Futbol Klubu və “Knijni Klub”un birgə əməyi, həmçinin “Reebok”un dəstyi ilə çap olunacaq.
0