Şahin Diniyev “Spartak”la bacarmadı
17.04.2009 - 18:36
Azərbaycan yığmasının sabiq baş məşqçisi Şahin Diniyevin çalışdırdığı Rusiyanın “Terek” klubunun gəclərdən ibarət komandası növbəti oyununu keçirib. Apasport.az saytının məlumatına görə, 43 yaşlı mütəxəssisin yetirmələri bu gün Premyer Liqa klublarının gənclərdən ibarət komandalarının çempionatının 5-ci turunda Moskva “Spartak”ı ilə qarşılaşıb. Qroznı təmsilçisi paytaxt təmsilçisinin əvəzedici komandası ilə səfər qarşılaşmasında 1:2 hesabı ilə məğlub olub. Mövsümə iki qələbə ilə başladıqdan sonra ardıcıl üçüncü dəfə 3 xala həsrət qalan “Terek”in əvəzediciləri 5 turdan sonra 7 xal toplayıb.
Qeyd edək ki, “Terek”in gənclərdən ibarət komandası növbəti oyununu aprelin 24-də öz meydanında “Saturn”a qarşı keçirəcək.
Qeyd edək ki, “Terek”in gənclərdən ibarət komandası növbəti oyununu aprelin 24-də öz meydanında “Saturn”a qarşı keçirəcək.
0
0