“İnter” - “Neftçi” oyununu idarə edəcək hakimlərin adları açıqlanmır
18.04.2009 - 12:42
“İnter” - “Neftçi” oyununu idarə edəcək hakimlərin adları açıqlanmır
Bu gün startı veriləcək Azərbaycan Premyer Liqasının XXII turunun daha 3 oyununa təyinatlar açıqlanıb. Peşəkar Futbol Liqasından apasport.az saytına verilən məlumata görə, ötən tur “Neftçi” - “Xəzər-Lənkəran” matçını idarə etmiş 29 yaşlı Anar Salmanov bu dəfə “Olimpik” - “Simurq” görüşünün baş hakimi təyin edilib.

Təyinatları mərhələ-mərhələ açıqlayan AFFA-nın Hakimlər Komitəsi dünən iki görüşlə bağlı bunu etmişdi. Hələlik "Bakılı" - "Turan" və "İnter" - "Neftçi" oyunlarına kimlərim təyinat aldığı açıqlanmır. Hər iki görüşə təyinatlar sabah açıqlanacaq. Buna səbəb hər iki oyunun prinsipial xarakter daşımasıdır. “İnter” - “Neftçi” matçı çempionluq, “Bakılı” - “Turan” görüşü isə Premyer Liqada qalmaq uğrunda vacib qarşılaşmalar sayılır.

18 aprel

"Olimpik" - "Simurq"

Hakimlər: Anar Salmanov
Hakim-köməkçiləri: İlham Əliyev, İsgəndər Əliyev, Elçin Səmədli
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Rauf Hüseynli

"Qarabağ" - MOİK
Baş hakim: Rauf Cabbarov
Hakim-köməkçiləri: Roman Vasilyev, Ruslan Babayev, Zöhrab Əliyev
Hakim-inspektor: Vaqif Davudov
AFFA nümayəndəsi: Şaiq Həmidov

19 aprel

"Karvan" - "Muğan"

Hakimlər: Hacıəli Ağayev
Hakim-köməkçiləri: Əliyar Ağayev, Elşən Durmuşov, Ramil Diniyev
Hakim-inspektor: Əmir Zamanov
AFFA nümayəndəsi: Səməd Qurbanov
0