Mais Mənsimov Kamran Ağayevə nə vəd verib?
18.04.2009 - 12:52
Azərbaycan milli komandasının qapıçısı Kamran Ağayev “Xəzər-Lənkəran” klubunda qalmaq qərarına gəlib. Apasport.az saytının məlumatına görə, 23 yaşlı futbolçu 2006-cı ildən bəri çıxış etdiyi Lənkəran təmsilçisi ilə yeni müqavilə istəməsə də, sonradan fikrindən daşınıb. Kamran “Xəzər-Lənkəran”ın prezidenti Mais Mənsimovla görüşdükdən sonra klubdan ayrılmaq istəyindən vaz keçib. Klubunu dəyişməyi, xaricdə çıxış etməyi arzulayan Ağayev Lənkəranda qalmağı məqsədəuyğun sayıb. Hazırda müqavilənin bəzi şərtlərini konkretləşdirən qapıçı yaxın günlərdə yeni anlaşmaya imza atacaq.
Kamran “Xəzər-Lənkəran”ın rəsmi saytına açıqlamasında bu klubu özü üçün doğma saydığını bildirib: “Karyeramın ən uğurlu dönəmini “Xəzər-Lənkəran”ın heyətində keçirmişəm. Komandamız və azarkeşlərimiz mənə doğmalaşıb. Düzdür, ölkə xaricinə yollanıb daha səviyyəli çempionatda oynamaq haqda düşünürdüm. Əminəm ki, bu istəyimə görə azarkeşlərimiz məndən inciməz - “böyük çempionat” və ya “böyük klub”da oynamaq hər bir futbolçunun arzusudur. Lakin sonra qərara aldım ki, indi klubu dəyişmək doğru deyil. Hər halda, uzun müddətdir zədəliyəm və formada deyiləm. Buna baxmayaraq, “Xəzər-Lənkəran” mənə yeni müqavilə təklif etdi və sonda hesab etdim ki, komandada qalmaq ən doğru addımdır. Gələn mövsümü “Xəzər-Lənkəran”ın heyətində başlayacağam”.
Ağayev aprelin 22-də cərrahiyyə əməliyyatı olunmaq məqsədilə Türkiyənin İstanbul şəhərinə yollanacaq. Üç aydır onurğa sütunundakı ağrılardan əziyyət çəkən qapıçı ölkə daxilində iki dəfə müalicə kursu alsa da, indi cərrahi müdaxiləsi qaçılmazdır. “Xəzər-Lənkəran”ın təcrübəli həkimi Boris Xetaqurov Kamranın tam sağalacağı günü proqnozlaşdırmağa tələsməməyi və əməliyyatı gözləməyi məsləhət bilib.

0
0