Bakı “İnter”i Fransaya yollanacaq
18.04.2009 - 13:53
Bakı “İnter”i Fransaya yollanacaq
Bakının “İnter” klubu Fransaya yollanacaq. Apasport.az saytının məlumatına görə, son Azərbaycan çempionunun 1993/1994 təvəllüdlərdən ibarət komandası bu ölkənin Lill şəhərində keçiriləcək US ASCQ adlı turnirdə iştirak edəcək. 12 komandanın mübarizə aparacağı yarış sayca 13-cü dəfə keçiriləcək.

İki qrupa bölünən komandalar dairəvi sistem üzrə qüvvələrini sınayacaqlar. Hər qrupda ilk iki yeri tutan klublar növbəti mərhələyə çıxacaqlar. Mayın 26-da startı veriləcək yarışa iyunun 2-də yekun vurulacaq.

Xatırladaq ki, “İnter” ötənilki turnirdə bürünc mükafat qazanıb.

A qrupu

“İnter” (Azərbaycan)
İSTR (Fransa)
“Bayer” (Almaniya)
ASCQ (Fransa)
“Dunkerque” (Fransa)
“Vrotslava” (Polşa)

B qrupu

“Vaskenal” (Fransa)
“Lids” (İngiltərə)
“Lill” (Fransa)
“Banik” (Çexiya)
“Lokomotiv” (Sofiya, Bolqarıstan)
“Zulte Varegem” (Belçika)
0