Rəşad Sadıqovun komandasına ölümcül zərbə
19.04.2009 - 17:14
Rəşad Sadıqovun komandasına ölümcül zərbə
Azərbaycan yığmasının müdafiəçisi Rəşad Sadıqovun formasını geyindiyi “Kocaelispor” klubu Türkiyə Superliqasında növbəti matçını keçirib. Apasport.az saytının məlumatına görə, “Dənizlispor” komandasının qonağı olan kocaelilər məğlub olublar.

Futbolçumuz oyuna start heyətində çıxıb. Meydan sahibləri hesabı ikinci hissədə açıblar. 76-cı dəqiqədə Angelov fərqlənib. Bundan 4 dəqiqə sonra İzmit təmsilçisi bərabərlik topunu vursa da, 82-ci dəqiqədə “Dənizlispor” oyunda son nöqtəni qoyub – 2:1.

Bu məğlubiyyətlə, “Kocaelispor” Superliqada qalmaq şansını praktiki olaraq itirib.
0