Ən seksual futbolçu xanımları - FOTO
21.04.2009 - 15:13
Ən seksual futbolçu xanımları - FOTO
Avropada futbolçular bir qayda olaraq, gözəl qadınlarla ailə həyatı qururlar. Onlar model, tanınmış müğənni və ya aktrisa ilə evlənirlər. Aparılan araşdırmalara əsasən məlum olub ki, indi ən seksual futbolçu xanımı Alena Seredovadır. 31 yaşlı manekenin bəxti 1998-ci ildə açılıb. Həmin il italyan əsilli Alena Çexiya gözəli seçilib. Sonradan İtaliya yığmasının və “Yuventus”un qapıçısı Canluici Buffonla evlənən Seredova bir uşaq anasıdır.

Ancaq bu mənada təkcə Buffonu misal göstərmək olmaz. Digər tanınmış futbolçular da “quşu gözündən vurublar”. Lakin “Bavariya”nın yarımmüdafiəçisi Frank Riberinin həyat yoldaşının “ən seksual futbolçu xanımları” arasında qeyd olunması təəccüb doğurur. Düzdür, Frank Əlcəzair əsilli Vahibədən ötrü çox şeyini qurban verib. Məşhur futbolçu 4 il öncə dinini dəyişərək, müsəlmanlığı qəbul edib və Vahibə ilə evlənib. Bununla belə, zahiri cəhətdən bir o qədər də diqqət çəkməyən Vahibənin “seksual futbolçu xanımları” arasına düşməsinin sirri məlum deyil.

1. Alena Seredova - İtaliya milli komandası və “Yuventus”un qapıçısı Canluici Buffonun həyat yoldaşı

2. Silvia van der Vaart - Hollandiya milli komandası və “Real”ın yarımmüdafiəçisi Rafael van der Vaartın həyat yoldaşı

3. Valentina Zambrotta - İtaliya milli komandası və “Milan”ın müdafiəçisi Canluka Zambrottanın həyat yoldaşı

4. Vahibə Riberi - Fransa milli komandasının və “Bavariya”nın yarımmüdafiəçisi Frank Riberinin həyat yoldaşı

5. Sonia Amoruzo - İtaliya milli komandasının və “Yuventus”un hücumçusu Aleesandro del Pyeronun həyat yoldaşı

6. Rosaria Kannavo - İtaliya milli komandasının sabiq futbolçusu, hazırda “Roma”nın şərəfini qoruyan Kristian Panuççinin həyat yoldaşı

7. Oksana Andersson - İsveç milli komandasının və Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubunu futbolçu Kristian Uilhelmssonun həyat yoldaşı

8. Noemie Lenoir - Fransanın PSJ klubunun müdafiəçisi Klod Makelelenin həyat yoldaşı

9. Nani Qaytan - İspaniya milli komandasının və “Real”ın müdafiəçisi Serxio Ramosun həyat yoldaşı

10. Marta Keççetto - İtaliya milli komandasının və “Bavariya”nın hücumçusu Luka Toninin həyat yoldaşı

11. Lena Borovski - Almaniya milli komandasının və “Bavariya”nın yarımmüdafiəçisi Tim Borovskinin həyat yoldaşı

12. Eva Qonsales - İspaniya milli komandasının və “Real”ın qapıçısı İker Kasilyasın həyat yoldaşı

13. Konni Lemann - Almaniya yığmasının sabiq qapıçısı, hazırda “Ştutqart”da oynayan Yens Lemannın həyat yoldaşı

14. Belen Rodriges - İtaliya milli komandasının və “Milan”ın hücumçusu Marko Borriellonun həyat yoldaşı

15. Anine Binq - İsveç milli komandasının və “Elfsborq”un yarımmüdafiəçisi Anders Svenssonun həyat yoldaşı
0