Azərbaycan çempionatında 42 yaşlı futbolçu oynayır
21.04.2009 - 16:03
Azərbaycan çempionatında 42 yaşlı futbolçu oynayır
Azərbaycan Premyer Liqasının XXII turunda keçirilən “Karvan” – “Muğan” matçında mövsümün yeni rekordu müəyyənləşib. Apasport.az saytının xəbərinə görə, Yevlax təmsilçisinin qapıçısı çempionatda ilk oyununa çıxmaqla, mövsümün ən yaşlı futbolçusu adını qazanıb. Komandasının 3:1 hesablı qələbəsi ilə nəticələnən matçda Nadir Şükürov 42 yaş 54 günlüyündə qapını qoruyub.

Mövsümün yeni rekordçusu adına sahib olan Şükürov bu göstəricini 4 ildən artıq yaxşılaşdırıb. Belə ki, Nadirə qədər çempionatın ən “qoca” futbolçusu Ruslan Quliyev idi. Sonuncu dəfə “Muğan”ın 8-ci turda “Qarabağ”a 1:3 hesabı ilə uduzduğu görüşdə meydana çıxan qapıçı 37 yaş 276 günlüyündə rekord müəyyənləşdirmişdi.
0