Mənsimov Ponomaryovla nə haqda söhbətləşib?
22.04.2009 - 15:12
“Xəzər-Lənkəran” klubunun prezidenti Mais Mənsimov komandanın məşq prosesinə baş çəkib. Apasport.az saytının məlumatına görə, “Neftçi”nin keçmiş bazasında hazırlığı izləyən Mənsimov baş məşqçi İqor Ponomaryovla qısa söhbət edib.
Oradakı hazırlığı başa vuran lənkəranlılar növbəti məşqini sabah saat 11:00-da “Şəfa” stadionunda keçirəcək. “Xəzər-Lənkəran” Premyer Liqanın qarşıdakı turunda bu arenada Bakının “İnter” klubunun qonağı olacaq. Bu gün saat yarım davam edən məşq prosesində zədəli qapıçı Kamran Ağayevlə milli komandanın düşərgəsində olan yarımmüdafiəçi Rahid Əmirquliyev iştirak etməyib. Topuğundakı yüngül zədə görə dünənki məşqi buraxan Devran Ayhan artıq məşqləri bərpa edib.
Komandaya sabah qoşulacağı gözlənilən türkiyəli yarımmüdafiəçi bu gün fərdi çalışıb və kross qaçıb. Məşqə isinmə və dartınma hərəkətləri başlayan futbolçular daha sonra yarım saat ərzində ikitərəfli oyun keçiriblər. Lakin adi oyundan fərqli olaraq Ponomaryov yetirmələrinə topa uzaqbaşı iki toxunuş etməyə icazə verib. Daha sonra isə futbolçular bir-birini zərbə mövqeyinə çıxarmaq və uzaqdan zərbələr üzərində çalışıblar. Məşq prosesi Ponomaryovun futbolçularla on dəqiqəlik söhbətindən sonra başa çatıb.

0
0